Qarpız mürəbbəsi

Qarpız mürəbbəsi
Şirniyyat və Tortlar
10.09.2017 79
3 litrəlik banka üçün
Qeyd: Mürəbbəyə xoşməzə tam vermək üçün, hərdən ona ətirşah
yarpağı, və ya darçın çubuğu, və ya mixək qatılıb, arıxda çıxardılır.
 
Ərzaqlar:
1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mixək
 
Hazırlanma
Qaydası:
Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı
ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.
Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə
edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq
dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.
Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan
sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.
Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq
orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya
istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır
qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə
başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara
çəkin. Yarpaq və ədvanı çıxardın.
Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya
yığıb sərin yerdə saxlayın.
 
Nuş olsun :01:   
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!