Üzüm mürəbbəsi

Üzüm mürəbbəsi
Şirniyyat və Tortlar
10.09.2017 125
Bakıda tumsuz balaca sarı üzüm kişmiş adlanır. Üzüm təzə olmalıdır. Əgər onların içində xarab olmuş gilə varsa, onlardan istifadə etməyin. Mən adi tumsuz ağ üzüm istifadə etmişəm.
Tərkibi:
1 kq. üzüm
1 kq. şəkər
1 stəkan su
Hazırlanması:
Üzümü saplaqlardan təmizləyib yuyun və qazanın və ya teştin içinə yığın, üstünə şəkər əlavə edib, 8-9 saat saxlayın.
Gilələrin üstünə su töküb odun üstündə 5 dəq. qaynadın. Odun üstündən qaldırıb soyudun. Bu proseduru 3 dəfə təkrar edin. Qaynadıb, soyudun. Bişmiş gilələr kəhrəbaya oxşayırlar, şirəsi isə bal kimidir. Gilələr nə çox bərk, nə də çox yumşaq olmalıdılar.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!