Şəki halvası hazırlanması

Şəki halvası hazırlanması
Şirniyyat və Tortlar
10.09.2017 40
Tərkibi:
1 kq düyü unu
Su (aldığı qədər)
3-4 kq fındıq
1 kq şəkər tozu
Keşniş toxumu

Hazırlanma qaydası:
Düyü ununun üzərinə tədriclə su səpilərək bərk xəmir yoğrulur. Sonra hər dəfə yaxşıca yoğurmaqla bütün su una hopdurulur. Xəmirdə lopa qalmamalı, duru, tam qarışmış olmalıdır.
Sonra iri sini götürülüb nazik qat yağlanır. Ocağın üstə qoyulur. Düyü unundan hazırlanan xəmir xüsusi, deşikli qıfa doldurularaq həmin sininin üzərində çarpaz xətlər istiqamətlərində gəzdirilir. Alınan riştə (lavaş) vam ocaqda yarım dəqiqə bişirilir. Bu qayda ilə xəmir bitənəcək riştələr bişirilir.
Riştələr başqa sinidə üst-üstə düzülür. Qovrulub xırdalanmış fındıq xırdalanmış keşniş toxumu ilə qarışdırılır. 6 qat riştə düzəndən sonra riştələrin sinidən kənara çıxan hissələri səliqəylə kəsilir və ya qoparılır. Bunları da səliqə ilə ayırıb döşəmək lazımdır. Təxminən 1 sm qalınlıqda iç yayılır. Üstünə bir qat riştə döşənir və yenə 1 sm qalınlıqda iç yayılır.
Halvanın üstünə bütöv riştə çəkilir, kənarı halvanın altına qatlanır. Əllə hamarlanır, üzərinə başqa sini qoyulub basdalanır. Halvanın üstü zəfərandan hazırlanmış qırmızı boya ilə boyanır, yaxud naxış çəkilir.
Ocağın üstə qızdırılmış başqa siniyə qoyulur. Əllə fırladılaraq bişirilir. Bir müddət sonra altı yoxlanılır. Qızılı rəngdədirsə, deməli, bişib.
Su və şəkərdən şərbət bişirilir.
Halva içinə qatı şərbət tökülmüş digər siniyə qoyulur, üzərinə şərbət gəzdirilir. Şərbət hopsun deyə bir gün saxlanılır.

Sonra halva kvadratlara doğranır.
 
Nuş olsun!   скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!