Marmeladlı biskvit

Marmeladlı biskvit
Şirniyyat və Tortlar
10.09.2017 39
Ərzaqlar:
Yarım kq un
Yarım su stəkanından bir barmaq çox pudra şəkəri
250 qr. marqarin
1 ədəd yumurta
1 su stəkanı toz badam
1 paket vanil
1 çay qaşığı qabartma tozu
vişnə marmeladı

Hazırlanması:
Unu bir qaba ələyin. Ortasını hovuz şəklində açıb otaq istiliyindəki marqarin, yumurta və pudra şəkərini əlavə edin. Toz badam, vanil və qabartma tozunu əlavə edib vəsaitlər tam qarışana qədər yoğurun. Xəmiri düz bir zəmində oxlovla açın. Ürək şəklindəki qəliblə xəmiri kəsin. Yarısının ortalarını da daha kiçik bir ürək qəlibi ilə kəsin. Xəmirləri yağlanmış soba nimçəsinə fasilələrlə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada bir az qızarana qədər bişirin. Biskvitləri nimçədə soyudun. Ortaları kəsik olanların üstə gələcəyi şəkildə biskvitləri ikitərəfli olaraq üst-üstə yerləşdirin. Üstdəki içi boş biskvitin içini vişnə marmeladı ilə doldurub xidmət edin.
NUŞ OLSUN! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!