Üzümlü kurabiyə

Üzümlü kurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 51
Tərkibi:
125 qr. kərə yağı
1 çay stəkanı günəbaxan yağı
2 yumurta
8 yemək qaşığı toz şəkər
quru üzüm
qoz içi
1 paket vanil
1 paket qabartma tozu
3.5-4 su stəkanı un

 

Hazırlanması:

Bir yumurtanın sarısını üzərinə sürmək üçün ayırın.
Un xaric digər vəsaitləri dərin bir qabda qarışdırın.
Unu yavaş-yavaş əlavə edin.
Bir az yumşaq bir xəmir yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb şəkil verin.
Üzərinə ayırdığınız yumurta sarısını sürüb çəngəllə xəttlər edin.
Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin. 

Nuş olsun! 

 

 



  
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!