Şor qoğalı

Şor qoğalı
Şirniyyat və Tortlar
10.09.2017 24
Xəmir:

Maya 30 gr

Yumurta 1 əd.

Qızdırılmış süd 0,5 l

Un təxminən 1 kg

Yağ 250 gr

İç:

Buğda unu

Duz

Sarıkök

İstiot

Razyana

Cirə

Ərinmiş yağ


Bizdə qoğalı Novruz bayramında bişirirlər. Bundan başqa müqəddəs Ramazan bayramında və ehsan üçün. Şorqoğalı şirin çay ilə içəndə daha da ləzzətli olur.Recept pahlava ilə eynidir. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə” olur.Şor qoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülməyir. Layları iri kvadratlara doğrayıb oları rulet kimi bükürsüz, burub yastıladırsız vı kisıcik şəklində salırsız. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklində salıb, üzüqoylu yığırsız.Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyursuz. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. Selsiyada 20-25 dəg. bişirilir (qızaranadək).
 
Nuş olsun! :11:  
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!