Zebra keksi - RESEPT

Zebra keksi -  RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 206
Ərzaqlar:
4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2 stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu


Hazırlanması:
1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana
qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam
edin.
2. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.
3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə
ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə
etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə
gördüyünüz kmi.
4. Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.
5. Sobanı 180˚C-dək qızdırın.
6. Diametri 23 santimetr olan dibi yapışmaz (non-stick) yumru tort
formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi
yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3
xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3
qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar
qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸
formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
7. Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə
ərzində heç açmayın, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını
yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir
yapışmayıbsa¸ tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa
qoyun. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da
shokoladlı qlazur yaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!