Pendirli qurabiyə

Pendirli qurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 2
Təxminən 40 ədəd qurabiyə hazırlamaq üçün lazım olan ərzaqlar:


Xəmir üçün:
3 fincan (yaxud bir qədər əlavə) ələnmiş un
1 çay qasığı duz
250 qr duzsuz kərə yağı, otaq tempraturunda yumşaldılmış (isitmək və əritmək olmaz)
6 dolu çay qaşıgı sürtkəcdən keçirilmiş Mosarella pendiri
1 yumurtanın ağı


Üzərinə çəkmək üçün:
1 ədəd yumurtanın sarısı (əgər yumurta balacadırsa 2 ədəd)
Paprika


Hazırlanması:
İlk olaraq xəmir hazırlanır. Böyük qaba 3 fincan un, duz, yağ, pendir və yumurta ağı tökülür. Əl ilə qarışdırılır, sonra yoğrulur. Əgər ehtiyac varsa artıq un əlavə olunur. Ehtiyatlı olmaq lazımdır ki, un çox olmasın yoxsa xəmir bərk alınar. Xəmir yapışqan deyil elastik olmalıdır. Xəmir iki kündəyə ayrılır. Üzəri mətbəx dəsmalı ilə örtülür və 10 dəqiqə dincəlməyə qoyulur. Soba 175C dərəcəyədək qızdırılır. Qurabiyə bişiriləcək listə perqament kağızı yerləşdırılır. Kündələr oxlovla təxminən 8 mm qalınlığında dairəvi yaxud dördkünc açılır. Kəsici alətlə xəmir zövqə görə istənilən formada kəsilir. Sonra bişiriləcək listin üzərinə yerləşdirilir. Xəmirin üzərinə yumurta sarısı çəkilir və bir qədər paprika səpilir. Təxminən 30 dəqiqə, üzəri azca qızılı rəng alanadək bişirilir. Tam soyuduqdan sonra süfrəyə verilir.
 
NUŞ OLSUN! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!