Pudinqli kakaolu pancake

Pudinqli kakaolu pancake
Şirniyyat və Tortlar
10.09.2017 16
Ərzaqlar

Xəmiri üçün:

İki stəkan yarım süd

2 çay stəkanı un

3 ədəd yumurta

1 çay qaşığı şəkər tozu

2 yemək qaşığı kakao

50 qram əridilmiş marqarin

İçi üçün:

3 yemək qaşığı düyü unu

2 su stəkanı süd

2 şorba qaşığı şəkər tozu

1 paket vanil

2 ədəd banan

Bəzəmək üçün:

8-10 ədəd albalı konfeti

1 yemək qaşığı kakao

1 çay qaşığı darçın

Hazırlanması:

Pancake'i hazırlamaq üçün marqarin istisna olmaqla bütün vəsaiti bir qaba qoyub çırpın. Daha sonra marqarini əlavə edib qarışdırın. Tavanı yağlayıp qızdırın. Hazırladığınız xəmirdən bir çömçə götürüb tavaya tökün və orta atəşdə arxalı önlü bişirin. Tavanın hər səfərində yağlayarak bütün qarışıq bitənə qədər bişirməyə davam edin. Digər tərəfdən bir qazana düyü unu, süd, kakolu pudinq, şəkər tozu və vanil alıb ocağa qoyun. Qatılaşana qədər bişirib ocaqdan alın. Bananları əzib pudinqə əlavə edin. Xərc soyuduqdan sonra pancake içinə qoyub rulo şəklində bükün. Xidmət qabına alıb üzərlərinə kakao və darçın səpin. Albalı konfeti ilə bəzəyərək xidmət edin.
 
NUŞ OLSUN! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!