Şərbətli gül şirniyyatı

Şərbətli gül şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 13
Vəsaitlər:

1 su stəkanı qatıq

Yarım su stəkanı duru yağ

Yarım su stəkanı manna yarması

Bir çay qaşığı soda

2 ədəd yumurta

Aldığı qədər un



Üzəri üçün:

8-10 ədəd bütün qoz içi



Şərbət üçün:

4 su stəkanı şəkər tozu

4 su stəkanı su

1 şorba qaşığı limon suyu



Hazırlanması:

Qatıq , duru yağ, manna yarması , soda və yumurtanı qarışdırın . Aldığı qədər un əlavə edib, qulaq məməsi konsistensiyasında xəmir əldə edin. Xəmirdən kiçik parçalar qoparib , oxlov ilə yumru şəkildə açın. Içlərinə qoz yerləşdirib , xəmirlərin 4 kənarında ilmələr atın və gül şəkli verin. Yağlanmış soba nimçəsinə yerləşdirib , əvvəldən isidilmiş 180 dərəcə sobada qızarana qədər bişirin . Şərbət üçün şəkər tozu və suyu Qaynadın. Ocaqdan almağa yaxın limon suyu əlavə edin . Ilıq şərbəti isti xəmir üzərinə gəzdirin . Ilıq və ya soyuq olaraq xidmət edin.
 
NUŞ OLSUN! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!