Şokoladlı rulet

Şokoladlı rulet
Şirniyyat və Tortlar
10.09.2017 138
Ərzaqlar:
1 st un
3/4 st şəkər tozu
7 yumurta
1 ç.q kakao

Krem üçün:
1,5 st süd
1 ç.q kakao
1 x.q kraxmal
3 x.q şəkər tozu
200 q kərə yağı


Üstü üçün:
50 q şokolad

Hazırlanması:
Kremi hazırlamaq üçün baxın:
Kakaolu krem. Xəmiri hazırlayaq. Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın ağını köpüklənənə qədər çalırıq. Şəkər tozunun 3/4 hissəsini çaldığımız yumurtanın üstünə az-az əlavə edib yenə mikserlə çalırıq. Yumurtanın sarısını ağaranadək mikserlə çalırıq. Şəkər tozunun 1/4 hissəsini çaldığımız yumurta sarısına az-az əlavə edib çalırıq. Çaldığımız yumurta sarısını yumurta ağına az-az əlavə edib yenə mikserlə çalırıq. Ələnmiş unu və kakaonu da əlavə edib taxta qaşıqla yavaş-yavaş qarışdırırıq. Qarışığı qaba kağız qoyub töküb bərabər yayırıq. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk. Bişib hazır olan kimi isti-isti kağızla bərabər bükürük. Soyuduqdan sonra açıb kağızı çıxardırıq. Üstünə krem çəkirik. Yenidən rulet kimi bükürük. Üz hissələrini də kremləyirik. Baş hissələrini kəsib düzləşdiririk.
Şokoladı ya vam odda ya da su hamamında əridirik. Əridilmiş şokoladı ruletin üstünə tökürük.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!