Quş südü tortu

Quş südü tortu
Şirniyyat və Tortlar
10.09.2017 80
Tərkibi: 



9 ədəd yumurta

3 stəkan şəkər tozu

2 paket vanil

200 qram marqarin

1 stekan ilıq süd

2,5 stəkan un

4 yemək qaşığı kakao

1,5 paket qabartma tozu

Bir çimdik duz



Hazırlanması:




Yumurtanın ağını və sarısını bir birindən ayırın. Sarını 1,5 stəkan şəkər tozu və 1 paket vanil ilə birgə qarışdırın. Marqarini əlavə edib qarışdırmaəğa davam edin. Südü qarışıma yavaş -yavaş əlavə edin. Ayrı qabda un, kakao, qabartma tozu və duzu qarışdırdıqdan sonra onu yumurtalı qarışımının üstünə əlavə edin. Əldə edilən məhsulu yağlı kalqa kağızı ilə örtülmüş soba qabına tökün. 175 dərəcədə 50 dəqiqə bişirin. Sobadan çıxarandan sonra ilıqladın.



Ayrı bir qabda yumurtanın ağını vanillə qar kimi olana qədər mikserlə qarışdırın. Qalan şəkər tozunu yavaş - yavaş qarışığa əlavə edin. əldə edilən məhsulu ilıq olan keksin üzərinə basmadan yayın. 180 dərəcəli sobada daha 20 dəqiqə bişirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!