Fındıqlı pudinq

Fındıqlı pudinq
Şirniyyat və Tortlar
10.09.2017 21
Vəsaitlər:
Yarım su stəkanı fındıq içi
2 su stəkanı süd
2 şorba qaşığı manna yarması
2 şorba qaşığı şəkər tozu
1 şorba qaşığı rəndələnmiş limon qabığı
1 şirin qaşığı toz vanil
Bir tutam duz
2 ədəd yumurta sarısı

Sous üçün:
Yarım kq çiyələk
Yarım çay stəkanı şəkər tozu

Hazırlanması:
Fındıq içini robotda toz halına gətirin. Dərin bir qazanda fındıq, şəkər, manna yarması, süd və bir tutam duzu qarışdırın. Batıq atəşdə, qatılaşıncaya qədər qarışdıraraq 10-15 dəqiqə bişirin. Qazdan alıb, vanil və rəndələnmiş limon qabığını əlavə edərək qarışdırın. Yüngül ilıqlananda iki yumurta sarısını pudinq əlavə edib, yedirənə qədər qarışdırın. Əvvəldən yağlanılmış qəlibin içinə boşaldıb 30 dəqiqə bişirin. Soyuducuda 1 saat gözlədin. Soyuduqdan sonra qaba qoyun. Çiyələk, şəkər tozu və çiyələk qarışığını robotdan keçirin. Sousu pudinq üzərinə gəzdirib süfrəyə verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!