Kirpi pirojnası

Kirpi pirojnası
Şirniyyat və Tortlar
10.09.2017 55
Tərkibi: 
250 q kərə yağı
2 st şəkər tozu
5-6 yumurta
1 paket vanilli şəkər 
3 x.q xama
2 st un
1 banka 38%-li qaymaq 
0,5 banka qatılaşdırılmış süd
Hazırlanması:
Mikserdə 250 q kərə yağını 2 st şəkər tozu ilə çalın. Ayrı qabda 5-6 yumurtanı 3 x.q xama ilə qarışdırın. Bunu yağla şəkərin qarışığına əlavə edib yenə çalın. Vanil, yaxud vanilli şəkər əlavə edib mikseri söndürün. 2 st un əlavə edib qaşıqla qarışdırın. 
Sinini yağlayın, xəmiri içinə töküb hamarlayın. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. 
Hazır olandan sonra sobadan çıxarın, korj istiykən 6-8 sm diametrli dairələr kəsin. Qalıqları isə xırdalayın.  
Krem hazırlamaq üçün mikserdə 250 q qaymağı yarım banka qatılaşdırılmış süd ilə çalın. 
Bir dairənin üstünə və qıraqlarına krem çəkin, başqa dairəni üstünə qoyun, onun da üstünə və kənarlarına krem çəkib biskvit ovxantısı səpin. 
(Qara kirpi istəyirsinizsə, xəmirə 2 x.q kakao əlavə edə bilərsiniz).
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!