Vafli tortu

Vafli tortu
Şirniyyat və Tortlar
10.09.2017 30
 Vəsaitlər:
0,5 L süd
13 x.q şəkərtozu
13 x.q mannı
3 x.q hind qozu
1 paket vanil
2 x.q marqarin

Ətrafı üçün: 
50-60 ədəd içi ağ plomblu rulo vafli

Üzəri üçün:
İki yarım su stəkanı süd
1 paket şokolad sousu

Hazırlanması:

Qazanda süd, şəkərtozu və mannını taxta bir qaşıqla qaynayana qədər qarışdıraraq bişirin. Qaynayınca ocaqdan götürüb içinə hind qozu, vanil və marqarini əlavə edib qarışdırın. 22 sm diametrində qandallı bir keks qəlibinin kənarlarına mannı qarışığından çəkin. Daha sonra rulo vafliləri bir-birlərinə paralel gələcək şəkildə düzün. Ortasına pudinqi boşaldın. Üzəri üçün süd ilə şokolad sousu bişirin. İlıq olandan sonra tortun üzərinə tökün. Soyuducuda bir gecə gözlədin. Dilimləyərək xidmət edin.


NUŞ OLSUN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!