Damalı tort

Damalı tort
Şirniyyat və Tortlar
10.09.2017 56
Ərzaqlar:

1 ədəd kakaolu keks
1 ədəd sadə keks
bəzəmək üçün 1 paket krem şanti
1 su stəkanı süd, fındıq

Krem üçün:

6 qaşıq un
7 qaşıq toz şəkər
1 ədəd yumurta
yarım kq. süd
200 qr. marqarin
3 yemək qaşığı kakao

Hazırlanması:

İlk olaraq kremimizi hazırlayaq. Dərin bir qazana un, toz şəkər, yumurta, süd və kakaonu qoyaq. Davamlı qarışdıraraq konsistensiyaya gəlməsini təmin edək. Bişdikdən sonra kremimizi soyumağa buraxaq.

Soyuduqdan sonra içinə yağ əlavə edib mikserlə yaxşıca çırpaq. Daha sonra hər iki keksin ortasını bir kasa ilə çıxarıb yerlərini dəyişdirək. Aralarına kremimizi sürək və üzərinə də krem ilə suvayaq.

Daha sonra kremi südlə çırpaq. Konsistensiyaya gəlincə tortumuzun üzərini krem şanti ilə bəzəyək. Döyülmüş fındıq səpək və soyuducuna qaldırıb soyumağa buraxaq. Soyuduqdan sonra dilimləyib servis edək.

Nuş olsun..!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!