Şokoladlı kokoslu tort

Şokoladlı kokoslu tort
Şirniyyat və Tortlar
10.09.2017 33
Biskvit üçün ərzaqlar:
3 yumurta
1 su st.toz şəkər
1 ç.st qarğıdalı vəya günəbaxan yağı
1 ç.st süd
2 su st un
1 pak vanilya
1 pakqabartma tozu
Kremi üçün:
Yarım litr süd
4 x/q un
1 ç.st toz şəkər
1 yumurta
1 x/q kərəyağı
1 pak vanilya
Sosu üçün:
1.5 su st süd
3 x/q toz şəkər
3 x/q kakao
Üzərinə:
Kokos
Ləpə (zövqə görə)Hazırlanması:
Biskvit xəmirini hazırlamaq üçün yumurta və şəkəri ağaranadək çalın. Sonra süd və yağı qarışdırın axırda qabartma tozu qatılmış unu da bu qarışığa əlavə et və qarışdır. Marqarinlə yağlanmış və unlanmış istədiyiniz bir qaba boşaldaraq isinmiş duxovkada üstü qızarıb içi bişənə qədər bişirin.
Bişdikdən sonra soyudun. Soyuyan biskviti istədiyiniz şəkildə kəsə bilərsiniz.
Bir tərəfdə sosunu hazırlayın. Kakao şəkər və südü çırparaq qarışdırın. Kəsilmiş biskvitin hər tərəfini sosa batırıb çıxardın. Alt tərəfini boşqaba yapışmaması üçün kokosa batırıb boşqaba düzün. Soyuması üçün soyuducuya qoyun 2 saatlığına. Biz isə kremi hazırlayaq. Süd, un, toz şəkər və yumurta qaşıqla qarışdırılır. Qatılaşana qədər ocaqda bişirilir. Ocaqdan almaya yaxın kərəyağı və vanilya qarışdırılır. Qarışdırılaraq soyudulur. Soyuducudan çıxararaq ortadan ikiyə kəsilən keksin arasına krem qoyulur və hər tərəfini kokosa batıraraq servis boşqabına düzülür.  Zövqə görə üstünə ləpə səpə bilərsiniz.
Ərzaq və hazırlama qaydası uzun görünsə də çox asan və ləzzətlidir mütləq hazırlamanızı tövsiyə edirəm. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!