Çiyələkli piroq

Çiyələkli piroq
Şirniyyat və Tortlar
10.09.2017 27
Bəzən təzə çiyələk çıxanda «keçən ildən qalan mürəbbəni neyləyəcəm?» sualı ortaya çıxır. O zaman həmin mürəbbədən piroq bişirin, boş bankanı isə yeni mürəbbə ilə doldurun. 
Tərkibi:
100q kərə yağı və ya marqarin
200q xama
50q şəkər tozu
2 ç.q. qabartma tozu
300q un (təxminən 2 st.)
150ml çiyələk mürəbbəsi (yarımçıq stəkan)

Üzərinə:

Şəkər pudrası

Hazırlanması:
Yumşalmış kərə yağını xama və şəkər tozu ilə qarışdırın. Qabartma tozu və un əlavə edib xəmir hazırlayın (əldən iti olun). Xəmir yağlı, ələ yapışmayan olmalıdır. Xəmiri iki yerə ayırın. Bir hissəni dairəvi siniyə qoyun. Hamarlayın, kənarlarını qaldırın. İçinə mürəbbə tökün. İkinci hissədən isə uzun borucuqlar düzəldib, sinidəki mürəbbənin üstünə halqa kimi iç-içə düzün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Hazır piroqun üstünə şəkər pudrası səpin. Soyuyandan sonra doğrayın ki, qaynar mürəbbə axmasın.

Nuş olsun! :11: скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!