Sosiskalı və bibərli çörək

Sosiskalı və bibərli çörək
Şirniyyat və Tortlar
10.09.2017 23
 Vəsaitlər:
500 qr un
4 yumurta
50 ml əridilmiş kərəyağı
2 yemək qaşığı zeytunyağı
1 paket maya
100 qr sosiska
1 dolmalıq qirmizi biber
1 dolmalıq sarı bibər
Duz

Hazırlanması:
Sosis və bibərləri çox kiçik olacaq şəkildə doğrayın. Unu , mayanı və duzu dərin bir qaba alıb qarışdırın; üzərinə yumurta, zeytun yağı və kərə yağını əlavə edib yoğurun. Xəmir hamar olunca üzərinə sosiskaları və bibərləri əlavə edib çox az yoğurun. Üzərinə nəmli bir örtük örtərək 45 dəqiqə mayalandırın. Ortası dəlik keks qəlibini yağlayın. Xəmiri uzun və qalın bir rulo edib qəlibə yerləşdirin. 30 dəqiqə daha mayalandırın. Üzərinə kəsiklər edib, əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin. Bir az dinləndirdikdən sonra dilimləyin. 

NUŞ OLSUN!  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!