Pudinqli ada peçenyesi

Pudinqli ada peçenyesi
Şirniyyat və Tortlar
10.09.2017 19
 
Ərzaqlar:
1 paket toz pudinq (kakaolu)
1 çay stəkanı duru yağ
200 qr otaq istiliyində marqarin
2,5-3 su stəkanı un
1 çay qaşığı vanil aroması
2 çay qaşığı damla şokolad

Hazırlanması:

Pudinq və 2,5 su stəkanı unu yoğurma qabına alın.
Üzərinə duruyağ, marqarin və vanil aromasını əlavə edin.
Əldə asanca diyirlənən bir xəmir əldə edənə qədər yoğurun. Lazım olsa yarım su stəkanı daha un əlavə edin.
Xəmirdən pinpon topu böyüklüyündə parçalar qopardın və əlinizdə yumrulayın. (25 ədəd qədər çıxır)
Soba nimçəsinə düzün və ortalarına damla şokolad səpin.
180 dərəcə əvvəldən isidilmiş sobada 25 dəqiqə qədər bişirin. (Sobadan götürdüyünüzdə peçenyelər hələ yumşaq olacaq daha çox bişirməyin yana bilər. Peçenyelər soyuduqca sərtləşəcək )
Sobadan götürdüyünüz peçenyelər tamamilə soyuyunca diqqətlicə qabdan ayırın və servis edin.

Nuş Olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!