Ballı və şokoladlı keks

Ballı və şokoladlı keks
Şirniyyat və Tortlar
10.09.2017 29
Ballı və şokoladlı keks
Vəsaitlər :

3 yemək qaşığı bal
Yarım su stəkanı duru şokolad
4 ədəd yumurta
Bir yarım su stəkanı şəkər
125 qram əridilmiş marqarin
Yarım su stəkanı döyülmüş qoz
1 çay qaşığı darçın
1 ədəd portağalın rəndələnilmiş qabığı
1 paket qabartma tozu
3 su stəkanı un
Ballı və şokoladlı keks

Üzərinə: 1 çay stəkanı pudra tozu
1 ədəd portağal
Ballı və şokoladlı keks

Hazırlanması :
Dərin bir qabın içində yumurtaları bir çırpıcı ilə çırpın. Şəkər qatıb, çırpmağa davam edin. Marqarin, qoz, bal, damla şokolad, darçın, rəndələnilmiş portağal qabığı və qabartma tozu əlavə edib, qarışdırın. Ən son ələnilmiş unu qatıb, bütün vəsaiti yaxşıca qarışdırdıqdan sonra, yağlanılmış və unlanmış keks qəlibinə boşaldın. Əvvəldən isidilmiş 175 dərəcə sobada nəzarət edərək (kekə bir dişqurdalayan batırın, dişqurdalayan təmiz çıxırsa bişmiş deməkdir) bişirin. Soyuduqdan sonra tərs çevirib, qabın içinə çıxarın və üzərinə pudra tozu səpin. Jülyen doğranmış portağal qabığı ilə bəzədikdən sonra dilimleyərək servis edin.
Nuş olsun !  :127: скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!