Mərmər keksi

Mərmər keksi
Şirniyyat və Tortlar
10.09.2017 38
Mərmər keksiƏrzaqlar:
3 ədəd yumurta
1,5 su stəkanı toz şəkər
1 su stəkanı duruyağ
3 su stəkanı un
1 su stəkanı qatıq
1 paket şəkərli vanil
2 yemək qaşığı kakao
2 yemək qaşığı nescafe
1 paket qabartma tozu
Mərmər keksiHazırlanması:
Şəkər və yumurtanı çırpma qabına alın, qarışıq dümağ olunca (şəkər tamamilə əriyənə qədər) mikserlə əvvəl aşağı sonra yüksək dövrdə çırpın.
Çırpdığınız yumurtalara qatıq və duruyağı əlavə edərək 1-2 dəqiqə daha qarışdırın.
Son olaraq un və vanili əlavə edin, axıcı bir xəmir əldə edənə qədər qarışdırın.
Keks qəlibinizi yağlayın və unlayın, daha sonra xəmirin yarısını qəlibə tökün.
Çırpma qabında qalan xəmirə kakao və nescafenii əlavə edərək rəngi dəyişə qədər qarışdırın.
Keks qəlibinin içindəki xəmirin üzərinə kakaolu xəmiri əlavə edin.Qaşıq sapı ilə xəmiri yüngülcə qarışdırın.
Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 30 dəqiqə qədər bişirin. Sobadan götürməzdən əvvəl ortasının bişib bişmədiyini nəzarət edin, bişməmişsə 5 dəqiqə daha bişirin. Bişən kekslərinizi otaq istiliyinə gəlincə qəlibdən çıxardın.


Mərmər keksiNuş Olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!