"Narıncı günəş"

Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi: 
250 q boranı
2 yumurta
70 q kərə yağı 
100 q un 
50 q şəkər tozu (əgər boranı şirin deyilsə, bir az artıq edin)
1 ç.q. qabartma tozu
1/3 ç.q. muskat cevizi tozu
3 x.q. boranı tumu (yoxdursa, başqa heç nə ilə əvəz etməyin) 
Hazırlanması:
Boranını böyük olmayan kubiklərə doğrayaraq mikrodalğalı sobada 4-5 dəqiqə bişirin. 
2 x.q. şəkər tozu səpib çəngəllə əzin (püre kimi etmək lazım deyil).
Yağı çalın, şəkər tozu əlavə edin.
Unu qabartma tozu və muskat cevizi ilə qarışdırın. 
Yağ qarışığına ard-arda daxil edin - yumurta-un-yumurta-un.
Boranının 2/3 hissəsini əlavə edib qarışdırın.
 20x20 ölçüdə formanın içinə perqament döşəyin. 
Xəmiri içinə tökün. Hamarlayın. 
Boranının qalanını üstünə çəkin.
 Boranı tumu səpin.
180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. 
Süfrəyə verməzdən öncə mütləq soyudun.


Nuş olsun! 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!