Quru meyvəli keks

Quru meyvəli keks
Şirniyyat və Tortlar
10.09.2017 37
Ərzaqlar:
3 ədəd yumurta
1.5 stəkan şəkər
3 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 stəkan süd
1/2 stəkan duru yağ
1 ədəd sürtkəcdən keçirilmiş limon qabığı
1 stəkan meyvə qurusu (ərik, albalı, əncir və.s)

Hazırlanması:
Yumurta və şəkər çoxlu çırpılır. Un, qabartma tozu, vanil, süd, duru yağ əlavə edilərək çırpma işinə davam edilir. Meyvə quruları unlanaraq qarışığa əlavə edilir. Sürtkəcdən keçirilmiş limon qabığı da əlavə edilərək 2-3 dəq çırpılır. Yağlanmış və unlanmış keks qəlibinə tökulərək 130*Cdə 50 dəqiqə bişirilir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!