Bulka

Bulka
Şirniyyat və Tortlar
10.09.2017 110
Xəmir üçün:
300 qr un 
1 st ilıq süd
50 qr şəkər tozu
1 qaşıq maya
50 qr əridilmiş yağ 
1 çimdik duz 


Krem üçün:
2 yumurta
2 st süd 
1 qaşıq un
1 st şəkər tozu
80 qr yağ
vanil 


Hazırlanması:
Xəmir üçün olan bütün ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və 2 saat xəmirin gəlməsini gözləyirik.Xəmir gəldikdən sonra azca yayıb arasına 150 qr yumşalmiş kərə yağı qoyub qatlaya-qatlaya bir neçe dəfə yayırıq və 1 saatlıq soyuducuya qoyuruq.


Kremin hazırlanması:
Yağ və vanildən başqa bütün ərzaqları mikserlə çalıb qoyuruq qazın üstünə ve davamlı qarışdırırıq.Azca qatılaşan kimi qazdan götürüb 10 dəq soyudun,içinə yağ və vanili əlavə edib yenidən mikserlə çalırıq.Hazır olan kremi soyuducuya qoyuruq.


Hazırladığımız xəmiri soyuducudan çıxarıb yayırıq,arasına kremi çəkirik və suda yumşaltdığımız kişmişlər əlavə edirik.Xəmiri rulet kimi büküb bir barmaq qalınlığında dilimlərə kəsirik .Əvvəlcədən isitdiyimiz sobada 180 dərəcədə üzərləri qızarana kimi bişiririk.Sobadan çıxardan kimi üstünə fırçanın ucu ilə azca şərbət gəzdiririk.Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!