Alman bulkaları

Alman bulkaları
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi: 

xəmir: 
500 q un 
130 ml su 
130 ml süd
75 q kərə yağı və ya marqarin 
7 q quru maya
1 ç.q. duz 

Qaynatmaq üçün: 

1,5 l su
3 x.q. soda

Üstünə: 
küncüt, xaş-xaş, çörəkotu və s.

Xəmiri çörəkbişirən aparatda da yoğura bilərsiniz. İsti süd, su və mayanı qarışdırıb 10 dəqiqə saxlayın. Un, duz, yağ əlavə edin. Aparatda hazırlayırsınızsa, "Xəmir yoğurmaq" rejiminə qoyun. Yoxsa, əlinizlə yoğurun.Xəmiri 12 yerə bölün. İstənilən formada bulka hazırlayın. Üzərini qida plyonkası ilə örtüb həcmi iki dəfə artıncayadək saxlayın. "Hamam": enli qazanda suyu qaynadın, soda əlavə edin (ehtiyatlı olun, çox qabarır və sıçrayır). Bulkaları qaynar sodalı suda 5-7 saniyə saxlayın.Bulkaları çıxarıb perqament döşənmiş siniyə düzün. Üzərinə küncüt, xaş-xaş və s. səpin. 160 dərəcə qızdırılmış sobada təxminən 25-35 dəqiqə, qızaranadək bişirin.


Nuş olsun! :11:  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!