Banoffi

Banoffi
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi: 
2,25 st peçenye ovuntusu
110 q kərə yağı 
3 x.q şəkər tozu 

İçi üçün: 
110 q ərinmiş kərə yağı 
0,5 st qəhvəyi şəkər tozu
2 ç.q vanil
300 ml qatılaşdırılmış süd
2 st çalınmış qaymaq 
3 x.q şəkər pudrası 
1 ç.q vanil 
4 yetişmiş banan 

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın. 
Əsas üçün gərəkli ərzağı qarışdırın, dairəvi formalı siniyə döşəyin. Əlinizlə basıb hamarlayın. Qızılı rəng alanadək, 8-10 dəqiqə bişirin. Tam soyudun. 
Kərə yağını qəhvəyi şəkər və vanillə qaynara düşənədək qaynadın, sonra qatılaşdırılmış süd əlavə edin. Ocağı azaldıb 3-4 dəqiqə, rəngi tündləşincə bişirin. Ocaqdan götürüb soyumuş korjun üstünə tökün. Soyudun, sonra isə soyuducuda 2 saat saxlayın. 
Çalınmış qaymağı şəkər pudrası və 1 ç.q vanillə möhkəm çalın. Bananı nazik doğrayıb qaymağa əlavə edin, qarışdırın. Bu kremi piroqun üstünə əlavə edin. Daha 1 saat soyuducuda saxlayın. Üzərini şokoladla bəzəyin. 


Nuş olsun! :11:  
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!