Karandaş peçenye

Karandaş peçenye
Şirniyyat və Tortlar
10.09.2017 17
Qeyri-adi görünüşlü peçenye
Tərkibi:
 
Kərə yağı – 100 qr.
Un - 200-250 qr.
Xama – 1 x/q.
Şəkər kirşanı - 100 qr.
Yumurta sarısı – 1 ədəd
Xəmirə çəkmək üçün yumurta – 1 ədəd
Vanil - yarım ç/q.
Müxtəlif qida boyaları
Duz
 
Hazırlanması:
 
Kərə yağı ilə şəkər kirşanını qarışdırırsız, sonra xamanı, yumurta sarısını, vanil və duzu əlavə edirsiz. Ələnmiş un hissə-hissə qatqıya əlavə olunur. Xəmir elə yoğrulmalıdır ki, elastik olsun və ələ yapışmasın.
 
Xəmiri 1/3 və 2/3 olmaqla 2 hissəyə bölürsünüz. Böyük hissəni eni 15 sm. olmaqla, düzbucaqlı formada açırsınız. Onu nazik qida pərdəsiylə örtüb, 1 saat soyuducuda saxlayırsız.
 
Kiçik xəmiri isə uzunsov hissələrə bölərək, qida boyası ilə rəngləyirsiniz. Çalışmaq lazımdır ki, onların hər birinin diametri 0,5 sm. olsun.
 
Bir saat soyuducuda qalan ağ xəmirə yumurta sürtürük. Xəmiri 2,5-3 sm. qalınlığında zolaq-zolaq kəsirik. Sonra rəngli xəmirləri bir-bir ağ xəmirin içinə qoyub bükürük, diyirləndirik. Hər "karandaş”ın üzərinə yumurta çəkib, perqament kağıza büküb, tavaya qoyuruq. 200 dərəcə temperaturda 15-20 dəqiqə ərzində bişiririk.
 
Tamamilə soyuyandan sonra çox ehmalca xəmirləri bıçaq ilə karandaş formasına salırıq. 
 

Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!