Mətbəx sirləri: "Şam qozası"

Mətbəx sirləri:
Şirniyyat və Tortlar
10.09.2017 80
Tərkibi:

125 ml süd
125 q kərə yağı
1 yumurta
3 x.q. şəkər tozu
150 q qoz
1 banka qatlaşdırılmış süd
3 st. süd
2 x.q. "Vana Tallin" likörü (istəyə görə)
1 çimdik duz

Yumurtaya 1 çimdik duz və şəkər tozu qatıb çalın. 

Kərə yağını əridib yumurta qarışığına tökün, çalın.

Südü əlavə edib çalın, unu hissə-hissə əlavə edib qarışdırın. Elastik xəmir yoğurun.

Xəmiri qida plyonkasına büküb bir neçə saat (ən az 2 saat) dondurucuda saxlayın.

Sinini yağlayın, dondurucudan çıxardığınız xəmiri sürtgəcin iri gözündən keçirin. Bərabər qaydada siniyə yayın (xəmir iki siniyə çatır, ona görə əvvəlcədən iki yerə bölün).

180 dərəcə qızdırılmış sobada bişirin. Qızarsın, amma qurumasın.

Xırdalayıb dərin qaba yığın.

Qatılaşdırılmış süd bankasını 3 saat suda bişirin (yaxud da hazır bişmiş qatılaşdırılmış süddən istifadə edin).

Bunu bişirib xırdaladığınz keks ovuntuğuna əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.

Qozu xırdalayın, bu qarışığa əlavə edin. İstəyə görə likör də əlavə edə bilərsiniz.

Yaxşıca qarışdırıb iki saat saxlayın.

Süd ovuntuğa hopduqdan sonra bəyaz şərab üçün fujeri götürüb soyuq su ilə yaxalayın. Qarışıqdan fujerin içinə basa-basa (ehtiyatlı olun, fujer sınmasın) doldurun.

Sonra fujeri boşqaba tərs çevirin.

Hər dəfə içinə qarışıqdan doldurmazdan əvvəl fujeri soyuq su ilə yaxalayın.

Hazır "qoza"ların üstünə şəkər pudrası səpin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!