Venesuella tortu

Venesuella tortu
Şirniyyat və Tortlar
10.09.2017 44
Biskivitə lazım olan ərzaqlar:
Yumurta – 5 ədəd
Şəkər tozu – 200 qr.
Qoz – 120 qr.
Süd – 120 ml.
Zeytun yağı – 1 st.
Un – 140 qr.
 
Qlazur üçün:
Yağlı  qaymaq – 150 ml.
Kərə yağı – 20 qr.
Acı şokolad – 1 plitka
Qaynadılmış qatılaşdırılmış süd – 1 banka
 
Hazırlanması:
İlk növbədə yumurtanın sarısını ağından ayırırıq.
Başqa qabda yumurtanın ağını şəkər tozu ilə köpüklənəndək çalırıq.
Ayrı qabda isə yumurtanın sarısını yağ ilə qarışdırırıq.Süd əlavə edirik.
Sonra isə un və qoz-fındıq əlavə edib xəmiri yaxşı qarışdırırıq.
Sonra bu qarışıqları bir-birinə yaxşıca qarışdırırıq.
Qabı yağlayırıq bu kütləni qaba  tökürük.
180 dərəcədə 30 dəqiqə bişiririk.
Bişəndən sonra yaxşı soyumalıdır. Sonra biskiviti 2-yerə ayırırıq.
Alt hissəsiniə qatılaşdırılmış qaynadılmış südü çəkirik.
Sonra ikinci qatını qoyuruq.
Qlazuru hazırlayırıq.
Şokoladı əridirik sonra ona yağ və qaymaq əlavə edib yaxşı qarışdırırıq.
Alınan qlazuru tortun üstünə və kənarlarına tökürük.
Üzərini qozla bəzəyirik.
Zövqə görə başqa nəyləsə istəsəniz bəzəyə bilərsiniz.
 
Tortumuz hazırdır.

Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!