Albalı ilə kəsmikli piroq

Albalı ilə kəsmikli piroq
Şirniyyat və Tortlar
10.09.2017 26
Albalı ilə kəsmikli piroqƏrzaqlarAlbalı ilə kəsmikli piroq



2 st un



100 q kərə yağı



1/2 st şəkər tozu



4 ədəd yumurtanın sarısı



İç üçün:



400 q kəsmik



4 ədəd yumurta ağı



1/2 st şəkər tozu+ 2 x.q şəkər tozu



300 q albalı (təzə ya da dondurulmuş)




Albalı ilə kəsmikli piroqHazırlanmasıAlbalı ilə kəsmikli piroq



Yumşalmış kərə yağı ilə şəkər tozunu qarışdırırıq.



Yumurtanın sarısını əlavə edib qarışdırırıq.



Unu əlavə edib yumşaq xəmir düzəldirik.



Xəmiri diametri 25-26 sm olan qaba yayırıq. Xəmir qabın kənarlarından 2 sm hündürlükdə olmalıdır. İçliyimızı hazırlayana qədər xəmiri soyuducuya qoyuruq.



Kəsmiyi çəngəl ilə əzib şəkər tozunu əlavə edib qarışdırırıq.



Yumurtanın ağını bərkiyənədək çalırıq.



Yumurta ağını kəsmiyin üstünə əlavə edib asta-asta qarışdırırıq.



Albalının tumunu çıxardıb suyunu süzürük. Sonra üstünə 2 x.q şəkər tozunu əlavə edib qarışdırırıq.



Xəmirin üstünə əvvəlcə albalını tökürük.



Albalının üstünə kəsmikli qarışığı töküb yayırıq.



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.



Piroq bişdikdən sonra sobanı söndürün bir az içində qalsın.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Albalı ilə kəsmikli piroqNuş olsun Albalı ilə kəsmikli piroqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!