Ərikli peçenye

Ərikli peçenye
Şirniyyat və Tortlar
10.09.2017 5
Tərkibi: (50-60 ədəd üçün)

250 q kərə yağı

125 q şəkər pudrası

400 q un (bir az çox da tələb oluna bilər)

30 xırda ərik (yaxud 15 irisi)



Hazırlanması:

Əriklərin dənəsini çıxarın. Xırdadırlarsa 2 yerə, böyükdürlərsə 4 yerə bölün. 

Yağı şəkər pudrası ilə krem qatılığına düşənədək çalın. Un əlavə edib xəmir yoğurun (ovuntuq kimi alınacaq). 

Xəmiri 4-5 mm qalınlıqda yayın. 6-7 sm diametrli dairələr kəsin. Hər birinin ortasına ərik qoyun, kənarlarını elə qatlayın ki, ortası boş (bizim halda ortasında ərik) üçbucaq alınsın. 

Perqament döşənmiş siniyə düzün.  200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə, qıraqları qızaranadək bişirin. Çıxarıb soyudun, üzərinə şəkər pudrası səpin. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!