Naringili biskvit

Naringili biskvit
Şirniyyat və Tortlar
10.09.2017 7
Ərzaqlar:
100 qram marqarin

2 su stəkanından iki barmaq əskik un

2 ədəd/adət yumurta

2/3 su stəkanı şəkər tozu

Yarım paket qabartma tozu



Üzəri üçün:

6 ədəd naringi

3 şorba qaşığı şəkər tozu



Hazırlaması:

Xəmir ərzaqlarını bir qabda yaxşıca yoğurun. Folyoya büküb 1 gecə soyuducunda gözlədin. Sonrakı gün xəmiri açmadan yarım saat əvvəlindən soyuducundan çıxarın. Xəmiri ikiyə bölüb, unlanmış zəmində mərdanə köməyiylə yarım sm qalınlığında ayrı-ayrı açın. Açdığınız xəmirin yarısından, bir su stəkanı köməyiylə yumru biskvitlər kəsin. Xəmirin digər yarısından da eyni şəkildə su stəkanı köməyiylə yumrular kəsin və bu yumruların ortasından da çay stəkanı köməyiylə parça çıxarıb halqa şəkli əldə edin. Bu simit şəklindəki dəlikli parçaları, dəlikli olmayan yumru parçaların üzərinə qoyub soba nimçəsinə düzün. 180 dərəcə sobada, bir az qızarana qədər bişirin. Bu vaxt naringilərin qabıqlarını soyub eninə dilimlənin. Qazana qoyduğunuz dilimlərin üzərinə şəkər tozu töküb gözlədin.



NUŞ OLSUN! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!