"Madam Pompadur"

Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi: 


xəmir:

2 yumurta

1 st. şəkər tozu

1 ç.q. soda

200 q yağlı kəsmik

2 st. un

1 ovuc badam

0,5 ç.q. duz



krem:

3 yumurta

1 st. şəkər tozu

1,5 x.q. un 

750 ml süd

200 q kərə yağı

1 paket vanil



Xəmir: 



Yumurtaları şəkər tozu ilə çalın, kəsmik əlavə edib yaxşıca qarışdırın, soda və duzla qarışdırılmış un əlavə edib xəmir hazırlayın.

Alınan xəmiri 8 yerə bölüb soyuducuda 1 saat saxlayın. 



Krem: 



Kərə yağından başqa, krem üçün göstərilən ərzağı yaxşıca qarışdırıb ocağın üstə qoyun, qaynara düşən anda götürün. 



Soyuyanda yumşaldılmış kərə yağı ilə çalın. Kremə 200 q çalınmış qaymaq əlavə etsəniz, dadı daha gözəl olar (qaymaqlı dondurma kimi). 

Soyuducudakı xəmiri çıxarıb yayın, 180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin. 

Korjları aralarına krem çəkməklə üst-üstə yığın. Üzərini badam və şokoladla bəzəyin. 

Bir gecə soyuducuda saxlayın. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!