"Panço" tortu

Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi: 
6 yumurta

3 st. şəkər tozu 

700 q 35%-li qaymaq 

200 q badam

1 banka ananas konservi 

2 st. un 

0,5 ç.q. soda

Hazırlanması :

Yumurtanın ağını sarısından ayırın.

Yumurtanın ağını mikserlə təxminən 10 dəqiqə qatı köpük alınınca çalın.

2 st. şəkər tozunu aramla əlavə edib çalın. 

2 st. unu hissə-hissə əlavə edib çalın. Həmçinin 0,5 ç.q. sodanı sirkədə öldürüb əlavə edin. 

Xəmiri perqament döşənmiş formaya töküb təxminən 1 saat bişirin. 

Krem üçün xamanı 10 dəqiqə çalın. 1 st. şəkər tozunu əlavə edib daha 5-10 dəqiqə çalın.

Korju iki hissəyə ayırın. Bir hissəsi əsas olacaq, o birini tikələrə bölün. 

Kremi iki yerə ayırın. Birinə xırdalanmış badam əlavə edin (sonra biskvit tikələrini buna batıracaqsınız). 

Əsas korjun üstünə krem çəkin, ananas dilimləri döşəyib badam səpin. 

Sonra biskvit tikələrini badamlı kremə batırıb xaotik şəkildə düzün. 

Üstünə ananas və badamı da piramida formasında düzün. 

Kremin qalanını üstünə tökün (axıcı olduğundan ehtiyatlı davranın, altına iri qab qoyun). 

Hazır tortu zövqünüzə görə bəzəyin - məsələn, şokolad və ya qırmızı qarağatla. Bir gecə soyuducuda saxlayın. 



Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!