Şokoladlı-jeleli peçenye

Şokoladlı-jeleli peçenye
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi: 


3 yumurta

80 q şəkər pudrası

75 q un 

1 qutu jele 

180 q tünd şokolad

20 q kərə yağı

Hazırlanması:

Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın. 

Tədricən şəkər pudrasını səpərək 3 dəqiqə çalın. 

Bir-bir yumurta sarılarını əlavə edib çalın. 

Ələnmiş un əlavə edib aşağı sürətdə qarışdırın. 

Perqament döşənmiş siniyə aralarında 2-3 sm yer saxlamaqla xəmirdən qaşıqla götürüb dairələr qoyun. 

180 dərəcə qızdırılmış sobada 8-9 dəqiqə, peçenyelər saralınca bişirin. 

Jeleni qablaşdırmada göstərilən qaydada əridin, ancaq suyun qədərini 100 ml az götürün. Enli qaba (məsələn, 30x20 sm) töküb bərkiməsini gözləyin. 

Jele donduqdan sonra peçenyelərdən bir qədər balaca olmaqla dairələr kəsin. 

Jeleləri peçenyelərin üzərinə düzüb soyuqda yarım saat saxlayın. 

Şokoladla yağı su hamamında əridin, bir qədər soyudub qarışdırın.

Peçenyelərin jeleli tərəflərini şokolada batırın, artıq şokoladın süzülməsini gözləyin, şəbəkənin üstünə düzün. 15 dəqiqə otaq temperaturunda quruyandan sonra soyuducuda 2 saat saxlayın. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!