Şokoladlı çiyələk

Şokoladlı çiyələk
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi:



Uzun saplı düzgün iri çiyələklər

350 qram şokolad

1 yemək qaşığı kərə yağı

150 qram ağ şokolad



Hazırlanması:



Şokoladı parçalar halında əridəcəyiniz qaba qoyun və kərəyağını da əlavə edin. Qarışdıraraq əridin. Bu vaxt çiyələkləri yuyun və kağız dəsmal ilə qurulayın. Şokoladın yapışması üçün çiyələklərin quru olmaları lazımdır.

Çiyələkləri saplaqlarından tutaraq otaq temperaturuna gəlmiş şokolada batırın.

Ağ şokoladı da eyni şəkildə əridin. Çəngəlin köməkliyilə çiyələklərin üzərinə lent halında buraxın.

Şokoladın hər yana bulaşmaması üçün yağlı soba kağızı istifadə edə bilərsiniz.

Hamısını bitirdikdən sonra şokoladın təkrar sərtləşməsi üçün soyuducuda saxlayıb, soyuq olaraq xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!