Rulo peçenye

Rulo peçenye
Şirniyyat və Tortlar
10.09.2017 25
Ərzaqlar :
125 qr margarin
Yarım çay stəkanı zeytunyağı
1 çay stəkanı toz şeker
Yarım su stəkanı döyülmüş fındıq
Kakao 
Kakos 
Alabildiyi qədər un
Üzəri üçün: 
Pudra şəkəri 
Hazırlanması :
125 qr marqarin, yarım çay stəkanı zeytunyağı və  1 çay stəkanı toz şəkəri bir qaba alıb, qarışdırın. Qarışdırdıqdan sonra yarım su stəkanı döyülmüş fındığı töküb, təkrar qarışdırın. Ardından az-az un əlavə edib, yoğurun.
İstəyə görə fındıq yerinə qozda istifadə edə bilərsiniz.
Yoğurma əməliyyatı bitdikdən sonra xəmirin yarısını qopardın. Çox incə olmayacaq şəkildə açıb, üzərinə kakao və hindqozu səpin, rulo şəklində sarın. Eyni əməliyyatı digər xəmir üçün də tətbiq edin.
Bu əsnada xəmirdə qırılmalar olacaq, əlinizdə düzəldin.
Ardından rulo şəklindəki xəmiri bərabər aralıqlarla kəsin. Xəmir parçalarını ovucunuzun içinə götürüb, yüngülcə basdıraraq, nimçəyə düzün.160- 170 dərəcəlik sobaya verib, qızarana qədər bişirin. Bişdikdən sonra sobadan çıxardıb, üzərinə pudra şəkəri səpərək servis edə bilərsiniz.



Nuş Olsun!



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!