Ananaslı tort

Ananaslı tort
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:

*8 dilim konserv ananas

*1 su stəkanı vişnə

*Yarım su stəkanı ananas suyu

*3 ədəd yumurta

*1 su stəkanı süd

*1 paket krem şanti

*1 paket quru labne pendiri

*1 su stəkanı toz şəkər



Hazırlanması:


1 su stəkanı süd və krem şantini qarışdırıb soyuducunda gözlədin.

Mikserdə 3 yumurta və 1 stəkan toz şəkəri 10 dəqiqə qarışdırın.

1 paket labne pendiri və yarım stəkan ananas suyunu əlavə qarışdırmağa davam edin.

Krem şanti və ananaslı qarışığı yaxşıca qarışdırın.

Qəlibə uzanır film sərib ananas dilimlərini qəlibi örtəcək şəkildə düzün.

Ortalarına tumu çıxarılmış vişnədə qoyub hazırladığınız qarışığın yarısını tökün.

Bir sıra daha vişnə qoyub qalan qarışığı tökün.Diləsəniz üzərinə kivi də qoya bilərsiniz. Buzluqda 1 gecə gözlədin.Süfrəyə qoymaq üçün 10 dəqiqə əvvəl çıxarın.



NUŞ OLSUN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!