"Uçuş" tortu

Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi: 



130 q araxis (qoz, fındıq, badam da olar)

170 q yumurta ağı

1 yumurtanın sarısı

125 ml süd

215 q kərə yağı 

510 q şəkər tozu

1 x.q. konyak

0,5 ç.q. kakao

14 q vanilli şəkər 



Hazırlanması :


Araxisi 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə qovurun, təmizləyib doğrayın. 



Yumurtanın ağını (təxminən 5 yumurtanın ağı) möhkəm çalın. 7 q vanilli, 320 q adi şəkər tozu əlavə edin. Daha 7-8 dəqiqə, lap qatılaşınca çalın. 1 dolu xörək qaşığı bu qarışıqdan götürüb konditer şprisinə doldurun. Qalan kütləyə xırdalanmış araxisi əlavə edin. Bu qarışıqdan da 1 dolu qaşıq götürüb kənara qoyun. 



Perqamentin üzərində 20 sm diametrli iki dairə çəkin. Araxisli qarışığı bu dairələrin içinə yayın. 



Perqamentin boş hissələrinə isə konditer şprisindən bəzək üçün fiqurlar sıxın. 



Kənara qoyduğunuz araxisli-yumurta ağılı qarışıqdan da boş yerlərə xırda hissələrlə yerləşdirin - bişirən zaman bu xırda hissələri sındıraraq onların bişib-bişmədiyini öyrənə bilərsiniz. Sonra isə bunlardan tortun qıraqlarına səpmək üçün ovxantı düzəldə bilərsiniz. 



Korjları 100 dərəcə qızdırılmış sobada 2 saat bişirin. Soyudun. 



Krem üçün: 1 yumurtanın sarısını süd, 190 q şəkər tozu ilə qarışdırın. Zəif ocağın üstə qoyub daim qarışdırın. Qaynara düşəndən sonra daha 2-3 dəqiqə, qatılaşanacan bişirin. Otaq temperaturunadək soyudun. 



Kərə yağını yerdə qalan vanilli şəkərlə möhkəm çalın. Çalmağı dayandırmadan az-az südlü-yumurtalı qarışığı, sonra isə 1 ç.q. konyak əlavə edin. Kremdən 1 x.q. götürüb kakao ilə qarışdırın, kənara qoyun. 



Kremin yarısını korjların arasına, qalanını isə üstünə və qıraqlarına çəkin, bəzək üçün də saxlayın. Araxisli bezeləri xırdalayıb tortun qıraqlarına səpin. Şokoladlı və ağ kremlə, həmçinin beze fiqurlarla bəzəyin. 



Soyuducuda 1 saat saxlayın. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!