İçi qozlu tatlı ( Türk mətbəxi )

İçi qozlu tatlı ( Türk mətbəxi )
Şirniyyat və Tortlar
10.09.2017 107
Ərzaq:
  22 ədəd, şəkildə gördüyünüz formada qurabiyə hazırlamak olur bu xəmirdən.

Yarım su stəkanı süd
1 yumurta
200 qr yumusaq marqarin ( otaq tempraturunda əridilmiş)
3,5 su stəkanı
1 paket qabartma tozu
1 az duz

İçi üçün:

1,5 su stəkanı çekilmiş qoz (fındıq, badam)
1 çay qaşığı darçın

Şərbəti üçün:

4 su stəkanı su
4 su stəkanı şəkər
Yarım limonun suyu

Hazırlanması:

Əvvəlcə şəkər və suyu bir qazanda qaynadın. Qaynadıqdan sonra altını söndürün və yarım limon suyunu içinə qatın və qarışdırın. 
Xəmirin bütün ərzağını bir qabda qarışdırıb, orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmir 10 dəqiqə dinlənir. 
 Sonra qozdan bir az böyük kündələr qoparıb ovcunuzda  kişik kündə əldə edirik.
Çəkilmiş qoz və darcını qarışdırırıq və bu qarışımdan bir cay qaşıgı ovcumuzda açdığımız xəmirin arasına qoyub bükürük və tərs cevirib tavaya düzürük. 
Tavanı yağlamağa ehtiyac yoxdur. 
Xəmir bitənədək eyni şəkildə davam edirik, sonra əvvəlcədən isidilmiş sobadaüstü bir az qızarana qədər bişiririk.
Bişirdikdən sonar sıx sıx başqa tavaya və ya bir qaba düzürük. İlıq şərbəti sobadan çıxardığımız tatlının üzərinə tökürük.
5 dəqiqə sonar tatlıların üst tərəfi də şərbəti yaxşı çəkməsi üçün bir bir tərs ceviririk. 
10 dəqiqə sonra yenidən alt tərəfini çeviririk. Bu vəziyyətdə 2 saat gözlədirik ki, şərbətini yaxşıca çəksin. Sonra üstünə kakos töküb servis edirik.

NUŞ OLSUN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!