Kudryaj tortu

Kudryaj tortu
Şirniyyat və Tortlar
10.09.2017 104
Ərzaqlar:

8 ədəd yumurta

2 st şəkər tozu

2 st un

1 paket vanil

1 paket qabartma qozu

3 x.q kakao

Krem üçün:

1 banka bişmiş qatılaşdırılmış süd

200 q kərə yağı

Hazırlanması:

Bu tortu hazırlamaq üçün iki biskvit hazırlayacağıq.

Kakaosuz biskviti hazırlamaq üçün 4 ədəd yumurta ağını sarısından ayırıb ağını bərkiyənə qədər mikserlə çalırıq.

1 st şəkər tozunu əlavə edib yenə bərkiyənə qədər mikserlə çalırıq.

Yumurta sarılarını töküb çalırıq.

Vanili töküb çalırıq.

Qabartma tozunun 1/2-ni töküb unu əlavə edib taxta qaşıqla qarışdırırıq.

Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük. (qabın diametri 26 sm)

180 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.

Kakaolu biskviti hazırlamaq üçün yenə 4 yumurtanı ağını sarısından ayırıb ağını bərkiyənə qədər çalırıq. 1 st şəkər tozunu əlavə edib yenə mikserlə çalırıq.Sonra yumurta sarılarını əlavə edib mikserlə çalırıq.

Bir qabda 1/2 paket qabartma tozunu, ələnmiş unu və kakaonu qarışdırırıq.

Qarışığı çalınmış şəkər tozu ilə yumurtaya əlavə edib taxta qaşıqla qarışdırırıq.

Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük. (qabın diametri 26 sm)

180 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqə bişiririk.

Hər iki biskvit soyuduqdan sonra yarı bölürük. Orta hissədən tortun üzünü bəzəmək üçün biskvitdən ovxantı götürürük.

Kremi hazırlamaq üçün əvvəlcə yağı mikserlə çalıb qatılaşdırılmış südü əlavə edib bərkiyənədək çalırıq. Krem hazırdır.

Aralarına krem çəkib üst-üstə yığırıq.

Ən son qat və yanları kremləyib üstünü ovxantı ilə zövqə görə bəzəyirik.

Tort 5-6 saat otaq tempraturunda qaldıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!

mənbə: resept.az
[b][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!