Şokoladlı sırnik

Şokoladlı sırnik
Şirniyyat və Tortlar
10.09.2017 45
Tərkibi: 
şokoladlı xəmir: 

1 fincan süd 
125 q kərə yağı
3 dolu ç.q. kakao
50 q tünd şokolad
130 q şəkər tozu
3 yumurtanın sarısı
3 yumurtanın ağı 
280 q un 
1 dolu ç.q. qabartma tozu

kəsmikli iç: 

750 q kəsmik
150 q şəkər tozu
50 q kərə yağı
1 x.q. un 
1 x.q. nişasta 
4 yumurtanın sarısı
4 yumurtanın ağı
1 ç.q. vanil ekstraktı və ya vanilli şəkər 

qlazur:

200 q şokolad
50-100 ml qaymaq 
50 q kərə yağı

* 1 fincan - 240 ml
dördbucaqlı forma (25x30 sm)

Şokoladlı xəmir: 

Qazana süd tökün, yağı hissələrə bölüb içinə atın, kakao, doğranmış şokolad, şəkər tozu əlavə edin. Vam ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdırın, amma qaynatmayın. Ocaqdan götürüb soyudun. Yumurta sarılarını, qabartma tozu ilə birlikdə ələnmiş un əlavə edin. Lap sonda çalınmış yumurta ağlarını əlavə edin. 

Kəsmikli iç: 

Kəsmiyi blenderdən şəkər tozu ilə keçirin, yumurta sarılarını, un, nişasta, yumşaldılmış kərə yağı əlavə edib çalın. Lap sonda ayrıca çalınmış yumurta ağlarını əlavə edin. 

Siniyə xəmirin 1/3-ni döşəyin. Çay qaşığı ilə kəsmikli içdən götürüb üstünə qoyun (yanaşı təpəciklər kimi). Üzərinə bir az şokoladlı xəmir tökün, sonra yenə kəsmikli içdən əvvəlki kimi düzün. Bu qayda ilə xəmir və iç qurtaranadək onları siniyə yerləşdirin. 

180 dərəcə qızdırılmış sobanın aşağı gözünə içinə qaynar su tökülmüş sini qoyun. Orta gözə isə sırnikin olduğu sinini. 

Sırnikin bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişdikdən sonra sobanı söndürün, qapağını yarıaçıq qoyun, sırniki içində 20 dəqiqə saxlayın. 

Şokoladlı pomada hazırlayıb soyumuş sırnikin üzərinə çəkin. Soyuducuda saxlayın. 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!