Almalı-qozlu paxlava

Almalı-qozlu paxlava
Şirniyyat və Tortlar
10.09.2017 20
Xəmir üçün: 
5 stəkan un 
2 yumurta
0,5 qram limon suyu
1 çimdik duz
1 armudu stəkan süd 
1 armudu stəkan su
Xəmiri yaymaq üçün: 
Buğda nişastası 
İçi üçün:
4 yaşıl (turş alma)
1 stəkan döyülmüş qoz ləpəsi 
2 xörək qaşığı kərə yağı 
1 xörək qaşığı limon suyu 
Üzəri üçün:
125 qram kərə yağı 
Şərbət üçün:
4 su stəkan su
4 su stəkan şəkər tozu
1 xörək qaşığı limon şirəsi 

İçin hazırlanması:
Almaları sürtgəcdən keçirib üzərinə limon şirəsi səpin. Kərə yağını bir tavada əridin, qozu içində qovurun, almanı əlavə edin. Qarışdıraraq 5 dəqiqə bişirin, bir kənara qoyun. 
Xəmirin hazırlanması:
Unun ortasında çala açın. Xəmir üçün gərəkli ərzaqları içinə qoyub yaxşıca yoğurun. Üzərinə nəm dəsmal örtüb 30 dəqiqə saxlayın. Sonra 20 bərabər kündəyə bölün. 

Üzəri:
[/b]Nişastanın köməyi ilə içində paxlavanı bişirəcəyiniz sini boyda yayın. Sinini yaydığınız yuxaların üstünə qoyun, artığını kəsib çıxarın. Yuxaların üstündəki əlavə nişastanı fırçanın köməyi ilə təmizləyin. 10 yuxanı sininin içinə üst-üstə döşəyin. İçi üstünə yayın. Qalan 10 yuxanı da üstünə döşəyin. Sonra xırda dördbucaqlı (kvadrat) paylara bölün. 125 q yağı əridib üzərinə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin. 
[b]Şərbətin hazırlanması:

Şəkər tozu, su və limondan şərbət bişirin. Paxlava bişəndən sonra çıxarın. Soyudun. İlıq şərbəti ilıq paxlavanın üstünə gəzdirin. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!