Qu quşu resepti

Qu quşu resepti
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi:
110 q + 2 x.q. kərə yağı 
0,7 st. + 1,5 ç.q. şəkər tozu
1 st. su
0,4 ç.q. duz
1,3 st. un
7 yumurta
2 st. süd
1,4 ç.q. vanil ekstraktı
0,5 st. yağlı qaymaq 

Ekler: 


Sobanı 210 dərəcə C-dək qızdırın. Formaya perqament döşəyin. 

110 q kərə yağı, 1,5 ç.q. şəkər tozu, 1 st. su, 0,2 ç.q. duzu iri qazana töküb ocağın üstə qoyun.  

Ocaqdan götürün, 1 st. un əlavə edib qarışdırın, sonra yenə ocağın üstə qoyun, 2 dəqiqə qarışdıraraq bişirin. 

Xəmiri mikserin qabına töküb 2 dəqiqə çalmaqla soyudun. 

4 yumurtanı bir-bir əlavə edərək hər birindən sonra yaxşıca çalın. 

Eynicinsli, qatı, ləyənin kənarlarından asanlıqla aralanan xəmir hazırlayın. 

Xəmiri
konditer torbasına yığıb ensiz ucluq taxın, siniyə, perqament kağızının
üstünə 12 ədəd qu quşunun boynu və başı formasında sıxın. 



[/b]Ucluğu dəyişib siniyə bir tərəfi dar olmaqla oval formasında xəmiri sıxın (bu qu qu quşlarının bədəni olacaq, 12 ədəd). 



[/b]Sobada
15 dəqiqə bişirin. Bundan sonra sobanın istiliyini 190 dərəcəyədək
azaldın. Eklerlər böyüyüb qızılı rəng alanadək, təxminən 25 dəqiqə
bişirin. 


[/b]
Sobadan çıxarıb şəbəkənin üstündə soyudun. 

Krem: 

0,3
st. un, 0,7 st. şəkər tozu, 0,2 ç.q. duzu balaca qazanda qarışdıraraq 2
st. süd əlavə edin. Orta itilikdə ocağın üstünə qoyub daim qarışdırın,
qaynara düşəndə ocağı azaldıb daha iki dəqiqə bişirin. Qatılaşmalıdır. 

3
yumurtanın sarısını çalın. Südlü qarışığı ocaqdan götürüb təxminən 1/4
stəkan qədərini yumurta sarısı ilə çalın, sonra yenidən qazana
(südlü-unlu) tökün. 

2 dəqiqə dayanmadan qarışdıraraq bişirin, sonra ocaqdan götürüb 2 x.q. kərə yağı və 1,4 ç.q. vanil ekstraktı əlavə edin. 

Kərə yağı tam əriyincə, kütlə eynicinsli hala gəlincə çalın. 

Plastik qaba yığıb soyudun, ağzına qida plyonkası çəkib soyuducuda minimum 1 saat saxlayın (ən yaxşısı bir gecə). 

0,5
st. yağlı qaymağı mikserlə qatı köpük alınanadək möhkəm çalın, sonra
qatılaşmış südlü-yumurtalı qarışığa hissə-hissə əlavə edin. 



[/b]Qu
quşlarının "bədənlərini" ortadan iki bölün. Yuxarı hissələrini də
ortadan iki yerə bölün (bunlar "qanadlar" olacaq). Alt hissələrin içinə
krem yığın, "qanadları" isə üstdən yerləşdirin. "Bədənin" enli hissəsi
tərəfdən isə qu quşunun boynunu yerləşdirin. 

Üzərinə şəkər pudrası səpə bilərsiniz. 



[/b]Qu quşlarına şokoladı əridib göz və dimdik də çəkə bilərsiniz. 

[/b]Nuş olsun!
[/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!