"Bal arısı" pirojnası

Şirniyyat və Tortlar
10.09.2017 27
Tərkibi (18 ədəd): 
biskvit: 

1 st. un 
1 yumurta
1 st. qatıq 
0,5 st. şəkər tozu
1 dolu ç.q. qabartma tozu
1-2 x.q. bal

krem:

300 q qatı xama
1/3 st. şəkər tozu
1 ovuc qara gavalı

bəzək: 

100 q qovrulub xırdalanmış qoz

Biskvitin ərzaqlarının hamısını qarışdırın. Bal əlavə edin. Əgər bal qatıdırsa, onu bir az əridin. Hamısını eynicinsli kütlə alınanadək mikserlə çalın. 

Xəmiri 22-24 sm diametrli kənarları açılan qaba tökün, 190 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Soyuyandan sonra ortadan iki bərabər yerə ayırın. 

Qara gavalını yuyub blenderdə xırdalayın, yaxud çox xırda doğrayın. Krem üçün xama ilə şəkər tozunu qarışdırıb mikserlə çalın. 

Stəkanla, yaxud başqa bir forma ilə korjlardan dairələr kəsin. Biskvitin artıqlarını blenderdə xırdalayın, pirojnaların üstünə vurmağa gərək olacaq. 

İri buluda yanaşı 6 dairə düzün. Üzərlərinə krem çəkin, qara gavalı qoyun, ikinci 6 dairəni üstlərinə qoyun, yenə krem çəkib gavalı düzün. Sonuncu 6 dairəni də üstdən qoyun, üzərlərinə və kənarlarına krem çəkin. Qoz, biskvit ovuntuğu, vafli, yaxud marşmellou ilə bəzəyin. 

 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!