Zəncəfilli qurabiyə

Zəncəfilli qurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 2
Tərkibi: 

500 q un 

2 çay qaşığı zəncəfil

0,5 stəkandan bir barmaq yuxarı qəhvəyi şəkər tozu

250 q marqarin

2 yumurta

1,5 stəkan badam unu

1 çay qaşığı qabartma tozu

Zoğal və ya albalı cemi

 
Hazırlanması:Unu ələyin, zəncəfil, şəkər tozu, marqarin, yumurta, badam unu və qabartma tozunu əlavə edib yoğurun. Xəmiri 4 mm qalınlıqda yayın. Ürək şəklində qəliblə kəsin. Alınan ürəklərin yarısının ortasında xırda ürək şəklində dəliklər açın. 



1. Yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.
2. Sonra "ürək"lərin arasına cem çəkməklə iki-iki yapışdırın (ortası dəlikli hissələr üstdə olmaq şərtilə).
3. Üstdəki ürək şəkilli çalanı da cemlə doldurun. 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!