Ərik mussu ilə piroq

Ərik mussu ilə piroq
Şirniyyat və Tortlar
10.09.2017 51
Tərkibi:

1 yumurta

100 q şəkər tozu

60 q bitki yağı

70 q qatıq

200 q un

1,5 ç.q. qabartma tozu

500-600 q ərik

2 x.q. şəkər tozu

1 ç.q. jelatin tozu

50 ml su



Hazırlanması:

Yumurtanı şəkər tozu ilə çalın, bitki yağı, qatıq əlavə edib yenə çalın.

Unu qabartma tozu ilə qarışdırın, yumurta qarışığına əlavə edin, çalın.

Xəmiri formaya töküb 170 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Hazır olandan sonra boşqaba tərs çevirin, soyudun.

6 əriyi bəzək üçün saxlayın, qalanını blenderdə püre halına salın.

Jelatini suda isladın. Şəkər tozu əlavə edin, tam əriyənədək qarışdırın. Jele soyuyanda bir hissəsini ayırın (piroqun üzərinə), qalanını ərik püresi ilə qarışdırın, möhkəm çalın

Bu mussu piroqun üstünə tökün. Soyuducuya qoyun.

Bərkiyəndən sonra 6 əriyi ortadan bölün, üzüaşağı piroqun üstünə düzün (azca mussa batırın). Üzərinə şəffaf jele gəzdirin. Soyuducuda 2 saat saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!