Şaftalı peçenyesi

Şaftalı peçenyesi
Şirniyyat və Tortlar
10.09.2017 26
Tərkibi: (20 ədəd)
Xəmir: 
125 q marqarin 
2 x.q qatıq 
0,5 st şəkər tozu
1 yumurta
0,5 paket qabartma tozu
0,5 paket vanil 
Aldığı qədər un 
40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)
Krem: 
250 q süd 
1 yumurta
1 st + 1 barmaq enində un 
0,5 st şəkər tozu
0,5 ç.q vanil
4,5 x.q marqarin 
Üzərinə: 
Qırmızı və sarı qida boyası
Şəkər tozu

Hazırlanması:Krem: Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q marqarini əlavə edib 10 dəqiqə çalın. 
Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın. 
Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın. Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın. 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!