Baunti konfeti

Baunti konfeti
Şirniyyat və Tortlar
10.09.2017 33
Tərkibi: 
2 plitka südlü şokolad 3 stəkan kokos yonqarı (şirin olmasa daha yaxşıdır)
1 stəkan şirin qatılaşdırılmış süd 
Hazırlanması:
Qatılaşdırılmış südü kokos yonqarı ilə qarışdırın. 
Siniyin içinə perqament kağızı və ya qida plyonkası çəkin. 
Kokoslu qarışıqdan bir parça götürüb ovcunuzla düzbucaqlı baton forması verin.Bütün içi bu qayda ilə hazırlayın və siniyə düzün. 
Sinini dondurucuda 20 dəqiqə saxlayın. Beləliklə onu şokolada batırmaq daha asan olacaq. Şokolad soyuducuda olanda şokoladı ya mikrodalğalı sobada, ya da su hamamında əridin. 
Sonra batonları hərtərəfli şokolada batırın, yenidən siniyə düzün. Qurumasını gözləyin. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!